Bazar ertəsi , İyun 17 2024
azfa

Sistan və Bəlucistanın Fənuc şəhərində molla rejiminə qarşı etirazlarda ölən və yaralananllar var

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sistan və Bəlucistanın Fənuc şəhərində molla rejiminə qarşı etirazlar baş verib.

Molla rejiminə qarşı etirazlar irimiqyaslı qarşıdurmalara çevrilib. Nəticədə rejimin məmurları etirazçılara qarşı odlu silahdan istifadə ediblər.

Etirazçı gənclər isə Fanuc polis bölməsini mühasirəyə alaraq molotov kokteyli ilə yandırıblar.

Qarşıdurma zamanı bir polis əməkdaşı şəhər sakinləri tərəfindən ələ keçirilib. Onun silahı əlindən alınıb, özü isə soyundurulub. Həmin şəxsin sonrakı aqibəti haqda məlumat yoxdur.

Bir müddət sonra yayılan məlumata əsasən, Fənuc şəhər kəşfiyyat şöbəsinin rəisi başından zərbə alıb və huşunu itirib. Polis zabitinin hazırkı vəziyyəti haqda da məlumat yoxdur.

Xalqı sakitləşdirmək üçün küçələrə çıxan şəhər məclisinin üzvü Əmin Məhəmmədi və Fənuc şəhərinin ağsaqqallarından Möhsün Mübarəki etirazçılar tərəfindən döyülərək evə göndərilib.

Şəhərin başqa istiqamətində polis avtomobili iki motosikletlə toqquşub. Şahidlər bildiriblər ki, hüquq-mühafizə orqanının əməkdaşı hadisəni bilərəkdən törədib.

Ən azı 6 nəfər qətlə yetirilib. Yaralıların dəqiq sayı bilinməsə də, onların 10-a yaxın olduğu ehtimal edilir. Xəsarət almış şəxslərin bəziləri İranşəhr xəstəxanasına yerləşdiriliblər.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …