Siyamək Mirzayi: “Milli maraqlarımıza uyğun hərəkət edənlər milli hərəkatımız tərəfindən dəstəklənəcək”

GADTB: tanınmış azərbaycanlı fəal Abbas Lisaninin mənzilində keçmiş azərbaycanlı siyasi məhbus Siyamək Mirzayi digər azərbaycanlı fəallarla birgə bir neçə gün əvvəl bayram görüşü zamanı çıxış edib.

Azərbaycanlı fəal Azərbaycan Milli Hərəkatı və fəalların Azərbaycan türklərinin hüqlarının bərpası uğrunda məqəsədi barədə danışıb.

Siyamək Mirzayi hakimiyyət və panfarsist dairələrin təbliğ etdikləri “İrançılıq” ideyasının arxasına fars rasizimi, işğalçılığı və digər xalqlara mədəni-siyasi basqı durduğunu deyib.

Siyamək Mirzayi bu barədə deyib: “İrançılıq ideyasının nəticəsində Azərbaycan ərazilərinin parçalanması və kiçildilməsini müaşhidə edirik. Digər tərəfdən ölkədə kəskin təbliğ olunan və yürüdülən farsa meyillik siyasəti Azərbaycan türklərini ümumi anlamda öz kimliklərindən uzaqlaşdırıb”.

Azərbaycanlı fəal həmçin vurğulayıb ki, Azərbaycan torpaqlarına göz tikən və Azərbaycan türklərinin milli hüquqlarını hətta azca tanımayan kürd xalqına mənsub qruplarla əlaqədə olub danışıqlar aparılmasının xalqa heç bir töhfəsi olmayacaq.

https://t.me/GADTB1/34246

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …