Şənbə , Oktyabr 31 2026
azfa

Siyamək Mirzayi və Əli Vasiqi yenidən Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb; Əsgər Əkbərzadə 19 gündür həbsdə saxlanılır

GADTB: Əldə olunan məlumatlara görə, həbs edilmiş azərbaycanlı fəallar Siyamək Mirzayi və Əli Vasiqi bu gün, 16 iyul 2026-cı il tarixində telefon əlaqəsi zamanı ailələrinə bildiriblər ki, yenidən Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasına aparıldıqdan və orada üç gün saxlanılıb dindirildikdən sonra təkrar Ərdəbil Mərkəzi Həbsxanasına qaytarılıblar.

Həmin iş üzrə saxlanılan digər azərbaycanlı fəal Əsgər Əkbərzadə isə həbsindən 19 gün keçməsinə baxmayaraq, hələ də Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılır və indiyədək həbsxanaya köçürülməyib. Onun təcridxanada saxlanılmasının davam etməsi, xüsusilə də səhhəti və dərmanlara ehtiyacı ilə bağlı əvvəllər yayılan məlumatlar fonunda ailəsi və yaxınlarının narahatlığını daha da artırıb.

Siyamək Mirzayi, Əli Vasiqi və Əsgər Əkbərzadə 2026-cı il iyunun 28-də Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar. Daha əvvəl yayılan məlumatlarda bu üç fəala qarşı “qanunsuz qruplara üzv olmaq” və “sistem əleyhinə təbliğat aparmaq” kimi ittihamların irəli sürüldüyü bildirilmişdi.

Həmçinin yoxlayın

Körfəz Əməkdaşlıq Şurasının baş katibi: İran İslam Respublikası rejimi müharibənin tərəfi olmayan ölkələrə hücum edib

GADTB: Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Bədəvi 2026-cı il oktyabrın 31-də …

Xameneyi İran ordusuna yeni hərbi göstərişlər verdi

GADTB: Bu gün İranın ali rəhbəri Müctəba Xameneyi ilə Silahlı Qüvvələrinin yüksək rütbəli komandanları arasında …