GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Salar Sədiq Həmədani və İbrahim Sədiq Həmədani adlı iki siyasi məhbus Güney Azərbaycanın Urmiya şəhər zindanından öncədən xəbər verilmədən çıxarılaraq naməlum yerə aparılıblar.
Hər iki siyasi məhbus “hakimiyyət əleyhinə təşkilatlardan birinə üzv olmaqla milli əmniyətə qarşı fəaliyyət” və “rejim əleyhinə təbliğat fəaliyyəti” suçlarından 16 il həbsə məhkum ediliblər.
Əldə olunan məlumata görə, İbrahim Sədiq Həmədani, onun oğlu Salar Sədiq Həmədani, habelə qızı Məryəm Sədiq Həmədani hər üçü 2019-cu ildə həbs olunsalar da, Məryəm Sədiq Həmədani bir neçə ay sonra əfv hökmü ilə azadlığa buraxılıb.