
GADTB: Böyük Tehran zindanında saxlanılan siyasi məhbus və vətəndaş cəmiyyəti fəalı Məhəmməd Nurizad qadın məhbusların üzərində təhqiramiz şəkildə yoxlanış aparılmasına etiraz olaraq siyasi məhbusların etiraz aksiyaları keçirdiyini bildirib.
Paylaşılan səs yazısında Nurizad deyib ki, çərşənbə günləri ailə görüşlərindən öncə bir neçə qadın tam soyundurulduqdan sonra bədənləri axtarılır. O, bu davranışı cinsi zorakılıq adlandırb və həbsxana rəhbərliyini narkotik maddələrin zindana keçirilməsində günahlandırıb.
Nurizad qeyd edib ki, etirazlar kütləvi hal alıb və bu ləyaqətsiz davranış hər kəsin ciddi narahatlığına səbəb olub.
Səs yazısında o, atasına baş çəkməyə gələn 13 yaşlı bir uşağın müstəntiqlər tərəfindən soyundurulduqdan sonra şok keçirərək dayanmadan ağladığını vurğulayıb./ Azad İran