Çərşənbə , Oktyabr 14 2026
azfa

Siyasi məhbuslar azərbaycanlı milli fəaldan aclıq aksiyasına son qoymağı istəyiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin həbsxanasında həbsdə olan bir qrup siyasi məhbus bəyanat yayaraq, Güney Azərbaycan Milli Hərəkatının fəalı, din xadimi Əbdüləziz Əzimi Qədimidən sağlamlığını qorumaq üçün aclıq aksiyasına son qoymasını istəyiblər.

Məhbusların yaydığı bəyanatda yazılıb: “Biz, Evin zimdanının 4-cü bölməsində saxlanılan siyasi məhbuslar və yaxın dostlarınız sizin sözlərinizi, dini məsələlərlə bağlı çıxışlarınızı eşitmişik, ancaq 40 günlük aclıq aksiyasını nəzərə alaraq və səhhətinizdən narahat olaraq aclıq aksiyasına dayandırmağınızı xahiş edirik.

Məhərrəm ayının hörmətinə aclıq aksiyanızı dayandırın və sağlamlığınızın qeydinə qalaraq, hörmətli ailənizi və dostlarınızı bu narahatlıqdan azad edin. Ümid edirik ki, Evin zindanının məsul şəxsləri ən qısa vaxtda sizin tələblərinizi yerinə yetirəcəklər”.

Qeyd edək ki, irqçi fars-molla rejimin çox sayda azərbaycanlı fəalı həbs edərək saxta ittihamlar irəli sürüb onları həbsdə saxlaması azərbaycanlı fəalların haqlı etirazı və aclıq aksiyası keçirmələrinə səbəb olmuşdur.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …