Bazar , Sentyabr 19 2021
azfa

“Sizə salam gətirmişəm” şeirinin müəllifi azərbaycanlı şair vəfat etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əslən Güney Azərbaycandan olan və Bakı doğulmuş məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi, türk dili və ədəbiyyatı üzrə mütəxəssis Mahmud Dəstpiş (Valeh) dünən avqustun 1-də 87 yaşında dünyasını dəyişib.

Əslən Ərdəbildən olan şair 1934-cü ildə Bakıda anadan olmuşdu.

Mahmud Dəstpişin (Valeh) ailəsi ötən əsrin əvvəllərində Bakıya köçüb. Sonra yenidən Ərdəbilə qayıtmışdı.

Mahmud Dəstpişdən (Valeh) çap olmuş əsərləri ibarətdir: “Salam gətirmişəm” türk şeirlər divanı, “Türkcə sözlük”, “Füzulidən Şəhriyara qədər”, “El sovqatı”, “Dağa dönmüşəm” və “Məşədi İbad nümayişinin tərcüməsi”.

Mərhum şair Azərbaycanda daha çox “Sizə salam gətirmişəm şeiri” ilə tanınıb. Şeirin sözlərinə ustad Əli Səlimi müsiqi bəstələyib və bir çox ölkələrdə, türk dünyasında ən çox sevilən mahnılardan birinə çevrilib.

Həmçinin yoxlayın

Rus gəmilərin Bakıda “Mehtər” marşı ilə qarşılanması…

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın Xəzər donanmasının iki hərbi gəmisi – “Astraxan” …

Paşinyan Nyu-Yorkda Ərdoğanla görüş istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının …