Çərşənbə , May 6 2026
azfa

Soçi Alban şəhəridir

GADTB: Soçi şəhəri və mahalı Xl əsrə qədər Suca adlanırdı. T.Q.Papuaşvili yazır ki, Suca Alban tayfasıdır. Onlar İveriyaya köçməzdən qabaq Albaniyanın Kax və Kux mahallarının arasında yaşayırdılar. Kilsə salnamələrində onların mahalı Suceti kimi yazıya alınmışdır. Baqrationlar Tiflisi tutanda Suca alpları Albaniyadan Qara dənizin şimal-şərqinə köçdülər. Ruslar Suca şəhərini sonralar Soçi adlandırdılar. 1843-cü ildə tərtib olunan bir xəritədə göstərilib ki, Kursk vilayətində Suca adlı çay var. Deməli, Suca xalqının bir hissəsi Soçidən şimala Rusiyanın içərilərinə köçmüşdür. Azərbaycanda Suca kişi adına indi də təsadüf edirik. Şuşanın Aşağı Quşçu kəndində Suca adlı adam var idi.O, işğaldan bir az qabaq Ağdamda vəfat etmişdir. Bibliyaya görə Suca Ketur nəslindəndir. Musa Kaqan Katuklu yazır ki, Ketar və Ketur nəsilləri qohumdur. Albanlar Ketur övladlarıdır. Ruslar Suca şəhərinə Soçi deyə bilirlər, biz Don çayı sahilində Naxçıvan şəhərinin olduğunu bilmirik. Son günlər Təhsil Nazirliyi müəllimləri sorğu-suala tutmaqdadır. Coğrafiya və tarix müəllimlərinə verilən sualların içində Soçi şəhəri və Don çayı sahilində Naxçıvan qalası varmı?

İlhami  əfərsoy,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …