Şənbə , Dekabr 21 2024
azfa

Son 20 ildə Türkiyə müdafiə sənayesində inqilab baş verib

GADTB: Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “son 20 ildə Türkiyənin müdafiə sənayesində inqilab oldu”ğunu söyləyib.

C.Yılmaz paytaxt Ankarada Orta Doğu Texniki Universiteti (ODTÜ) Araşdırma Mərkəzinin açılış mərasimində çıxış edib.

Müdafiə sənayesində əldə edilən nailiyyətə toxunan vitse-prezident deyib: “2023-cü ildə 230 adda müdafiə sənayesi məhsulu 185 ölkəyə ixrac edilib. 2024-cü ildə müdafiə sənayesi ixracatının 7 milyard dollar olacağı gözlənilir. Türkiyə keçmişdə texnologiya bazarı idi, indi isə texnologiya ixrac edən ölkədir”.

Cevdet Yılmaz Türkiyənin ilk yerli və milli rabitə peyki olan Türksat 6A ilə bağlı isə bunları söyləyib: “Türkiyənin bu günə qədərki ən böyük xərcli texnologiya layihəsi olan Türksat 6A bizi öz peyklərini istehsal edə bilən ilk 11 ölkə sırasına daxil etdi”.

Həmçinin yoxlayın

Suriyada PKK/YPG terror təşkilatına qarşı hücuma hazırlıqlar gedir

GADTB: PKK/YPG terror təşkilatı həm mənəvi cəhətdən, həm də faktiki olaraq böhran içindədir. 25 min …

Azərbaycan Milli Hərəkatının fəalı Hüseyn Xürrəmi Dağdağan vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalı Hüseyn Xürrəmi Dağdağan cümə …