Bazar ertəsi , Yanvar 24 2022
azfa

Son 3 ayda İran rejimi təkcə Ərdəbildə 30 nəfər azərbaycanlı fəalı ETTELAAT İdarəsinə çağıraraq sorğu-suala tutub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim son 3 ayda İran rejimi təkcə Güney Azərbaycanın Ərdəbil bölgəsində 30 nəfər azərbaycanlı fəal, yazıçı, nəşriyyatçı və sənətçini ETTELAAT İdarəsinə çağıraraq sorğu-suala tutub.

​​​​​​İrqçi fars rejim beləliklə azərbaycanlımilli-mədəni fəallara psixoloji və fiziki təzyiq göstərib.

Eyni zamanda Təbrizin Saib küçəsində keçirilən etiraz aksiyasında 40-a yaxın qadın və uşaq vəhşicəsinə döyülərək yaxalanıb vəəksəri işgəncələrə məruz qalıb.

Ərdəbilin Ciral parkında Ermənistanın Azərbaycana hərbi təcavüzünün pislənməsi məqsədi toplanan azərbaycanlı milli-mədəni fəallara qarşı isə zorakılıq edilib.

Bu yaxınlarda rejim tərəfindən yaxalanan azərbaycanlı çilli fəal Yaşar Piri də döyülüb və istintaq təcridxanasında işgəncələrə məruz qalıb.

Ərdəbildən olan azərbaycanlı fəalların verdiyi məlumatlara görə, ötən il ərzində ETTELAAT və ona bağlı başqa təhlükəsizlik qurumları azərbaycanlı milli-mədəni fəallara təzyiq məqsədilə onları telefonla idarəyə çağırıb və hədələyib. Rejimin təhlükəsizlikorqanları həmin fəalların şəxsi həyatlarına müdaxilə edib, əxlaq qaydalarına sığmayan formada onlara qarşı fizikivə psixoloji təzyiq göstərib.

Rejimin məmurları qanun çərçivəsində, dinc fəaliyyət göstərən azərbaycanlı fəalları basqı altında saxlamaq üçün onların özlərinə, ailələrinə, yaxınlarına zənglər edib, iş yerlərinə basqın etməklə onların işlərinə əngəl törədiblər.

Aşağıda adları çəkilən azərbaycanlı fəallar Polis İdarəsinə telefon vasitəsi ilə çağırıb, hədələdiyi şəxslərdir:

– Əli Xeyrcu – telefonla  və məhkəmə bildirişi ilə Polis İdarəsinə çağırılıb.

– Şapur Nüsrətpur – telefonla çağırılıb və 4 saatdan artıq sorğu-suala çəkilib.

– Rəhim Qulami – Polis İdarəsinə çağrılıb və 5 saatdan çox sorğu-suala çəkilib.

– Müctəba Pərvin – telefonla çağrılıb və həbs olunacağı ilə təhdid edilib.

– Mehdi Huşmənd – təhlükəsizlik məmurları vasitəsilə Qaz İdarəsinə çağrılıb və dörd saatdan çox sorğu-sual edilərək hədələnib.

– Həbib Nigəhban – telefonla Polis İdarəsinə çağırılıb və dörd saat sorğu-suala çəkilib.

– Həmid Ədib Şəfiq – telefonla Polis İdarəsinə çağırılıb və beş saatdan çox sorğu-suala çəkilib.

– İsa Nəzəri – telefonla Polis İdarəsinə çağırılıb və ən azı beş saat sorğu-suala çəkilib.

– Nəsrullah Vəlizadə – telefonla Polis İdarəsinə çağırılıb və dörd saat sorğu-suala çəkilib.

– Sədullah dünyəvi – telefonla Polis İdarəsinə çağırılıb və 5 saat sorğu-suala çəkilib.

– Fərşid Piçkanlı – telefonla çağıraraq həbs olunacağı ilə hədələyiblər.

– Hüseyn Həsənnəjad – telefonla çağıraraq fəaliyyətlərini davam etdirəcəyi təqdirdə həbs olunacağı ilə hədələyiblər.

– İbrahim Təhmasibnejad – fəalın iş yerinə basqın edilib və və ona bir neçə saat problem yaradıblar.

– Vəhid Bəndə Əmir – telefonla çağıraraq, həbs olunacağı ilə hədələyiblər.

– Mehdi Hamid Sultani – telefonla Polis İdarəsinə çağrılıb və beş saatdan çox sorğu-suala çəkilib.

– Möhsün İsmayili Əqdəm – telefonla Polis İdarəsinə çağrılıb və beş saatdan çox sorğu-suala çəkilib.

– Möhsün Möhsünzadə – telefonla çağıraraq, hədələyiblər.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …