Bazar ertəsi , Yanvar 17 2022
azfa

Son bir ildə İran rejiminin yaxaladığı azərbaycanlı fəalların sayı açıqlanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əksəri Azərbaycan ordusuna dəstək aksiyalarında tutulanlar olmaqla son bir ildə İran rejiminin yaxaladığı azərbaycanlı fəalların sayı açıqlanıb.

Son bir ildə İran rejimi 241 fəalı yaxalayıb, 59 fəalla ümumilikdə 947 ay həbs, 96 ay sürgün və 1034 zərbə şallaq cəzası verib.

Həmin fəallardan 182 nəfəri Qarabağın işğaldan azad edilməsi əməliyyatlarında Azərbaycana dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyalarında iştirak etdikləri üçün yaxalanıb.

181 nəfər azərbaycanlı milli-mədəni fəal yaxalanma zaman zorakılığa məruz qalaraq, rejimin məmurları tərəfindən döyülüb. Yaxalananlardan 16 nəfəri yaxalandıqdan sonra təcridxanalarda işgəncəyə məruz qalıb.

İran rejiminin yaxaladığı azərbaycanlı fəallardan 24 nəfəri qadın olub. Keçən illərlə müqayisədə qadınlar daha çox etiraz aksiyalarına iştirakı və təşkilatçı kimi qatılıblar.

Rejim yaxaladığı azərbaycanlı qadın fəallara son bir ildə ümumilikdə 123 ay həbs və 130 şallaq cəzası verib. Yaxalananlardan ikisi qız, üçü oğlan olmaqla beş nəfəri yetkinlik yaşına çatmayanlar olub.

Həmçinin yoxlayın

İranın qərbində 50-dən çox şəhərdə davamlı partlayış səsləri; İsrailmi hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 15-i, şənbə günü axşam saatlarında İranın qərb …

Türkiyənin Mosuldakı hərbi bazası raket atəşinə tutuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası …