Cümə axşamı , May 22 2025
azfa

Şorabil gölündə çirklənmə nəticəsində balıqlar məhv olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, baxımsızlıq nəticəsində Ərdəbilin Şorabil gölünün çirklənmə və ekoloji problem yaranıb. Nəticədə göldə yaşayan balıqlar və digər canlılar məhv olur.

Həmin gölünün çirklənmə səbəbi hələlik dəqiq müəyyən edilməsə də, şəhər kanalizasiyası və sənaye müəssisələrinin çirkab sularının gölün ətrafına axıdılmasının ekoloji problemə səbəb olduğu güman edilir.

Bir müddət əvvəl yayılan məlumatlarda isə zəhərli sənaye tullantıları və xəstəxanaların tibbi tullantılarının Şorabil gölünə buraxıldığı bildirilib.

Qeyd edək ki, İranda yeganə şəhər daxili təbii göl olan Şorabil g[lw Ərdəbil əyalətinin mühüm turizm imkanlarından biridir və təbii irs sahəsində xüsusi əhəmiyyət kəsb edir.

Şəhərin 3 kilometr güneyində, 1 kilometr uzunluğu, 500 metr eni və 180 hektar ümumi sahəsi olan göl dəniz səviyyəsindən 1350 metr yüksəklikdə yerləşir.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı körpəni doğum şəhadətnaməsindən məhrum edib

GADTB: İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi təbrizli körpəyə valideynləri Əlihan adı seçdiklərinə …

Molla rejimi azərbaycanlı fəal Oxtay Zöhrabini ETTELAAT-a çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini (Oxtay …