
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin 5 aya yaxındır Tehranın Evin həbsxanasında həbsdə saxladığı azərbaycanlı milli-mədəni fəal Mürtəza Pərvinin sosial mediada əsərləri yayılıb.
Güney azərbaycanlı sənətçilər məhbus fəalın rəsm əsərlərini yaymaqla onun yalnız mədəni fəaliyyətlərinə görə cəzalandırıldığına diqqət çəkiblər.
Bu əsərlərin bir neçəsi ilk dəfədir ki, yayılır və sənətsevərlərin istifadəsi üçün sərgilənir.
Bundan əvvəl bir neçə dəfə cəhd göstərilsə də, Ərdəbil əyalətinin İrşad və Mədəniyyət İdarəsi mürtəza Pərvinin rəsm əsərlərinin sərgisinin keçirilməsinə icazə verməyib.
Qeyd edək ki, irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı fəal Murtəza Pərvini həbs etməyə cəhd etmişdi. Bu məqsədlə molla rejiminin məmurları oktyabrın 27-də Ərdəbildə heç bir məhkəmə qərarı olmadan azərbaycanlı milli fəal Mürtəza Pərvinin ata evinə hücum edib və axtarış aparmışdılar.
Azərbaycanlı fəal özü evdə olmadığına üçün məmurlar fəala məxsus şəxsi əşyaları, o cümlədən kompüter və onun kitablarını müasdirə edərək, özləri ilə aparıblar.
İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT məmurları ondan neçə gün öncə Ərdəbildə azərbaycanlı milli fəal Murtəza Pərvinə zəng edərək onun ETTELAAT İdarəsinə çağırmışdılar.
Lakin Murtəza Pərvin bunun qanunsuz olduğunu və məhkəmə tərəfindən rəsmi çağırış göndərilmədiyini tələb edərək, ETTELAAT İdarəsinə getməkdən imtina edib.
Azərbaycanlı fəal bundan öncə də dəfələrlə təzyiqlərə məruz qalmışdı. O, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında yaxalanmışdı.
Video: