Şənbə , Oktyabr 24 2026
azfa

Sosial şəbəkə fəallarından azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə dəstək- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı sosial şəbəkə istifadəçiləri “twitter”-də azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə dəstək aksiyası keçiriblər.

Twitter istifadəçiləri “#Free_Alireza_Farshi və #Əlirza_mənim_qardaşımdır” həştaqı ilə Tehranın Fəşafuyə zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbusa azadlıq tələb ediblər.

Sosial şəbəkə istifadəçiləri o cümlədən yazıblar: “# Əlirza Fərşi ana dili sahəsindəki fəaliyyətləri, o cümlədən Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etmək və ucqar kəndlərdə türkcə kitablar payladığı üçün həbs edilib. O xəstədir və müalicəsi üçün tibbi məzuniyyətə buraxılmır.

Güney Azərbaycanın Zəngan şəhərindən olan tanınmış jurnalist və insan haqları müdafiəçisi Səid Mətinpur yazıb: “Onun sağlıq durumu ilə bağlı yayılan son xəbərlər nigəranlıq doğurur”.

Mohammadreza adlı sosial şəbəkə istifadəçisi isə Əlirza Fərşinin atasının İraqla müharibədə həyatını itirməsinə toxunaraq azərbaycanlı siyasi məhbusa dəstəyini belə ifadə edib:  “O ata haradan biləydi ki, uğrunda canını verdiyi ölkədə, evladını ana dilində kitab yaydığı, ana dilini sevdiyi üçün həbsə edəcəklər. Necə də kədərli taledir”.

Altay adlı sosial şəbəkə istifadəçisi yazıb: “Bu gecə bəluç və ərəb dostlarımız türklərlə birlikdə Əlirza Fərşiyə azadlıq tələb edib, bu bizim ortaq dərdimizdir dedilər.”

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Ə.Fərşi həbs olunduğu zaman döyüldüyü üçün sol gözündə ciddi problem yaranıb.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …