Çərşənbə axşamı , Noyabr 30 2021
azfa

Stalinin türklərə qarşı alçax siysəti

GADTB: Mütəxəssislərin bir çoxu gürcü tədqiqatçısı İ.V.Abuladzenin 1937-ci ildə Matedaranda tədqiqatlar apararkən, XVI əsrə aid bir ermənidilli əlyazmada rast gəldiyi 52 hərfli əlifbanı alban əlifbası hesab etməkdədirlər. Bu əlifbanın udin əlifbası olduğunu iddia edənlər də var. Fəqət tarixi mənbələr alban yazısının udin dili əsasında deyil, qarqar-qıpçaq dili materialı əsasında yaradıldığını söyləyirlər və bu mübahisə götürməyən faktdır. O da faktdır ki, bu gün elmə məlum olan qıpçaq dillərindən heç birində 52 səs yoxdur. Məsələn, türk dillərinin qıpçaq qrupuna daxil olan qazax türkcəsində 26 samit, 12 sait (38 səs) var, fəqət bu saitlərdən dördünün sonrakı dövrlərdə peyda olduğu hesab edilir.

Bu isə o deməkdir ki, başlanğıcda bu dildə sadəcə 34 səs olub.

Eyni dil qrupuna daxil olan qaraqalpaq dilində 26 samit, 9 sait, yəni üst-üstə 35 səs, qırğız dilinin şimal şivəsində 8, cənub şivəsində 9 sait səs var. Samitlərin sayı qazax və qaraqalpaq dilində olduğu kimidir. Noqay dilində samit səslərin sayı 26, saitlərin sayı isə 8-dir, yəni bu dil üst-üstə 34 səsə sahibdir. Kazan tatarlarının dilində bu rəqəm 35-ə (26+9) bərabərdir. Başqırd dilindəki səslərin sayı isə 38 (26+12)-dir. Alban (qarqar-qıpçaq) mətnlərinin təhlili bu dildə 35 səs olduğunu göstərməkdədir.

Gördüyümüz kimi, 52 hərflik bir əlifba qıpçaq dillərinə qətiyyən uyğun deyil. Əvəzində isə 36 işarəlik erməni-alban müştərək əlifbası bu səs sisteminə tamamilə uyğun gəlir.

Əlbəttə, ola bilsin ki, həm Mingəçevir yazısı, həm də sözügedən 52 hərflik əlifbadan Albaniya ərazisində yaşamış hansısa xalqlar istifadə etmişlər və nəzərə alsaq ki, “alban” adı bütün bu xalqlar üçün ortaq idi, bu baxımdan həmin əlifba və yazıları da “alban yazısı” kateqoriyasına aid etmək olar. Fəqət Albaniyanın dövlət və ortaq ədəbiyyat dili olan qıpçaq-qarqar dilinə gəlincə, onun yeni yazısı V əsrdə yaranıb və alban müəlliflərinə aid əldə olan çox sayda mətn onların istifadə etdikləri əlifbanın erməni əlifbası ilə eyni mənşəli olmasını sübut edir.

Eyni zamanda, təkcə Laçın rayonu ərazisindən bu əlifba ilə yazılmış və erməni dilində olmayan 22 epikrafik abidə aşkar olunmuşdur ki, onlardan biri- Alxaslı kəndinin 8 km şimal-qərbində yerləşən alban vənginin (monastrının) kitabəsindəki yazı barədə V. A. Əliyev məlumat verməkdədir.

(«Археологические открытия

1980 г.», М., 1981, с. 414—415).

Deyilən fikri təsdiqləyən başqa misallar da var. Məsələn, fransız şərqşünası Ejen Bore 1838–ci ildə Fransa Elmlər Akademiyasına ünvanladığı bir məruzəsində bildirirdi ki, Matedarandakı əlyazmaların birində o, alban əlifbasını aşkara çıxarıb. Onun yazdığına görə, bu əlifba erməni əlifbası ilə, demək olar ki, eynidir, amma yazılar erməni dilində deyil.

Bu hadisədən 48 il sonra, yəni 1886-cı ildə ermənişünas alim, professor N. Karmiants bir məqaləsində Münhendə rastlaşdığı bir ermənidilli əlyazmadan söz açaraq bildirmişdi ki, Sivasda qələmə alınmış və miniatürlərlə bəzədilmiş bu əlyazmanın bir yerində erməni hərflərinə bənzəyən hərflərlə yazılmış, fəqət erməni dilində olmayan iki sətirlə rastlaşıb. Həmin sətrlərin yanında ermənicə yazılmış qeyddə bunun alban yazısı olduğu bildirilməkdəydi. Fəqət bu və haqqında Ejen Borenin məlumat verdiyi əlyazmalar müammalı şəkildə yoxa çıxdığından və ya məhv edildiyindən onlar barədə heç bir dəqiq məlumat yoxdur.

1996-cı ildə Gürcüstan Elmlər Akademiyasının İsrailə ezam etdiyi elmi ekspedisiya tərəfindən Müqəddəs Yelizaveta kilsəsindən 120 səhifəlik bir palimpset tapılmışdır. Alban dilində olduğu güman edilən bu əlyazmanın üst tərəfində gürcü dilində qeyd var.

Bu qeydə əsaslanan ekspedisiyanın rəhbəri, tanınmış gürcü alimi Zaza Aleksidze sözügedən yazıların alban yazıları olduğunu iddia etmiş və bu barədə fikirlərini 2001-ci ilin may ayında Bakıda təşkil edilən “Qafqaz Albaniyasının etnomədəni irsi” adlı konfransda (Предварительное сообщение об идентификации и дешифровке албанского текста, обнаруженного на Синайской горе.

Доклад на конференции «Этнокультурное Наследие Кавказской Албании» 21-22 мая 2001 года в Баку) dilə gətirmişdir.

59 işarəli bir əlifba ilə qələmə alınmış bu yazı artıq nəşr edilmiş də onun udin dili əsasında şərh edilməsinə cəhd də göstərilmişdir. (J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé. The Caucasian Albanian Palimpsests of Mount Sinai. Brépols, 2009.)

İddiaya görə bu, Bibliyanın ayrı-ayrı hissələrinin tərcüməsidir və guya udin dilindədir. Fəqət bu iddia digər alimlər tərəfindn ciddi qəbul edilmir. Bu da təbiidir, çünki kitab müəlliflərinin mətnləri udin dilində şərh etmək cəhdləri falsifikasiyadan və ya olmayanı olan kimi təqdim etməkdən başqa bir şey deyil. Üstəlik də bütün mənbələr alban dili üçün əlifbanın udin dili əsasında deyil, qarqar- qıpçaq dilində tərtib edildiyini söyləyir.

Gürcülərin İsraildən tapdıqları palimpsetdəki 59 işarəsinin 36-sı erməni hərfləri ilə üst-üstə düşən hərflərdir ki, bu da təbiidir.

Çünki alban və erməni hərfləri eyni mənşəli olmuşdur. Digər 23 işarə isə, deyilənlərnə görə, gürcü hərflərinə və həbəş ideoqramlarna çox bənzəyir.

Əgər IV-VII əsrlərə aid olduğu söylənən (Aleksidze IV-V əsrlərə aid edir) bu əlyazma gerçəkdən də albanlara aiddirsə və gerçəkdən də onun yazıldığı əlifba Maştotsun albanlar üçün hazırladığı əlifbadırsa, tam qətiyyətlə deyə bilərik ki, zamanla o təkmilləşmiş və 36 işarəli əlifbaya çevrilmişdir. Yəni zamanla “gürcü hərflərinə və həbəş ideoqramlarına bənzəyən” köməkçi işarələr lazımsız şey kimi bir kənara atılmışdır. Yeri gəlmişkən qeyd edək ki, alban dilinin guya udin dili olduğu barədə fikir elmdə çox yayılmışdır və bu fikrin ən qızğın tərəfdarı və təbliğatçısı kimi daha çox gürcü və erməni alimləri çıxış edirlər. Gürcülərin bu mövqeyi anlaşılandır. Çünki udin dili də gürcü dili kimi Qafqaz dilləri ailəsinə aiddir. Gürcülər bu yolla

Azərbaycanın guya qədimdə qafqazdillilərlə məskun olduğunu “əsaslandırmaq”-la, hətta qədim mannalıları da qafqazdilli elan etməklə, gələcəkdə torpaqlarımıza iddia üçün “elmi əsas” hazırlamağa çalışırlar ki, bu xəttin də əsası İosif Stalin tərəfindən qoyulmuşdur. Ermənilərin məqsədi isə aydındır, kim olursa-olsun, təki türk olmasın.

Bəxtiyar Tuncay.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zorakılıq edən ETTELAAT məmurunun  cəzadan azad edilməsinə etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zindanda onu döyən …

Rus mediası Türk PUA-larının Rusiya üçün təhlükəli olduğunu etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynanın aldığı türk PUA-larını izləyən Rusiya mətbuatı hər …