Şənbə , Noyabr 27 2021
azfa

“Sulduz xəbər” Teleqram kanalının müdiri İran polisinin özbaşınalığı barədə videomüraciət yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanən Sulduz bölgəsindən olan sosial media fəalı Fərhad Ruzban sosial şəbəkədə yayımladığı videoda İran polisinin özbaşınalığı ilə bağlı video yayıb.

Fərhad Ruzban polislərin qanunsuz hərəkətlərini ifşa edərək və ona aid “Sulduz xəbər” Teleqram kanalının əlindən alınmasından danışıb.

Ruzban bildirib ki, ona qarşı təzyiqlər və həbs edilməsinin səbəbi Teleqram kanalında Saxsıtəpə kəndində baş verən hadisələrlə bağlı “Qanuna qarşı boynuyoğunluq” başlıqlı yazısı olub.

O həmçinin deyib ki, yazının Teleqram kanalında yayımlanmasının məqsədi məsul şəxslərin diqqətini Saxsıtəpədə baş verən hadisəyə yönəltmək olub. Ancaq buna görə 24 saat müddətinə həbsdə saxlanılıb.

Fərhad Ruzban Teleqram kanalının əlindən alındığını da qanunsuz adlandırıb və hesabının özünə qaytarılmasını tələb edib.

Həbs olunduqda mobil telefonumu əlimdən alaraq Teleqram kanalımın adını və loqosunu dəyişərək materialların bir çoxunu sildilər. Polis məmurları materialları öz yaddaş kartlarına köçürüb və çox sayda istifadəçini üzvlükdən çıxarıblar.

Fəalın sözlərinə görə, məhkəmə Teleqram kanalının onun özünə qaytarılması ilə bağlı qərar versə də, polis bunu yerinə yetirməkdən boyun qaçırır.

Qeyd edək ki, Fərhad Ruzban sentyabrın 5-də həbs olunaraq naməlum yerə aparılıb. O, 24 saat saxlanıldıqdan və dindirildikdən sonra sərbəst buraxılıb.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …