Çərşənbə , Yanvar 26 2022
azfa

Sulduzda terrorçu kürdlər türk kəndinə hücum edib; çox sayda didərgin düşən var

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz bölgəsinin Saxsıtəpə kəndinə mühacir və terrorçu kürdlər yerli əhaliyə vəhşicəsinə hücum çəkiblər.

Terrorçu kürdlər kəndə uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla türk əhalini vəhşicəsinə döyüb və ailələri öldürəcəkləri ilə hədələyərək kənddən çıxarıblar.

Çox sayda kənd əhalisi evlərindən didərgin düşərək Sulduz şəhərinə qaçmağa məcbur olub. İran rejimi isə özü qəsdən mühacir və terrorçu kürdlərə Azərbaycan türklərini öz yurd-yuvalarında qətliamla didərgin salınmasına şərait yaradır.

Bildirilir ki, hadisəyə səbəb kəndin iki əkinçi sakini arasında düşən dava olub. Bu dava onlardan birinin qətlə yetirilməsi, 4 nəfərin isə yaralanması ilə nəticələnib. Bundan sonra kürdlər Güney Azərbaycan türklərinin evlərinə hücum çəkiblər.

Həmçinin yoxlayın

Ərdəbildə silahlı qarşıdurma: çoxlu sayda həbs olunan var

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Yanvarın 23-ü, axşam saatlarında Ərdəbil şəhərinin …

Güney Azərbaycanın Həmədan bölgəsində “Aşıqlar Bayramı” keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Həmədan bölgəsində “Aşıqlar Bayramı” Musiqi Festivalı …