Çərşənbə axşamı , İyul 8 2025
azfa

Sulduzda Xordad qiyamı şəhidləri anıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəallar Güney Azərbaycanın Milli Hərəkatının şəhidlərini andılar.

Milli-mədəni fəallar və bir qrup sulduzlu 24 may 2006-cı ildə dinc aksiya keçirdikləri üçün hökumət məmurları tərəfindən öldürülən şəxslərin məzarını ziyarət edib, məzarların üstünə əkillər qoyaraq onların xatirəsini yad ediblər.

Bir qrup əhali və fəallar şəhidlərin ildönümündə Sulduzda şəhid 16 yaşlı Hüseyn Fəthipur, 26 yaşlı Tohid Azəriyyun, 35 yaşlı Himmət İsimzadə və 39 yaşlı Əsgər Qasıminin xatirəsini andılar.

Mərasimdə bir neçə nəfər çıxış edib, “May qiyamı”nın azərbaycanlıların milli kimliyinin qorunması və inkişafı istiqamətindəki rolundan danışıblar. Qeyd edək ki, 2006-cı ilin may ayında Güney Azərbaycanın şəhər və qəsəbələrində kütləvi üsyanlar baş qaldırıb. Xalq üsyanı xüsusilə Sulduz, Təbriz, Urmiya, Xiyav və digər şəhərlərdə polisin və hərbi qüvvələrin güc tətbiq etməsi ilə qanlı şəkildə

Həmçinin yoxlayın

İsrailin İrana hücumunda ölənlərin sayı 1060-ı keçdi

GADTB: İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb. Bu barədə İranın …

Washington Post: “Evin zindanından İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi”

GADTB: Amerika mənbələri, o cümlədən Washington Post qəzeti Tehrandakı Evin həbsxanasının İslam Respublikasının İsrailə qarşı …