Çərşənbə , Noyabr 11 2026
azfa

Süngün mədənini talayan molla rejimi Azərbaycan çaylarında ekoloji fəlakətə səbəb olur- Video

GADTB: Güney Azərbaycanın Vərziğan bölgəsində “Süngün” mis mədənini talayan irqçi fars-molla rejimi Azərbaycan çaylarında ekoloji fəlakətə səbəb olur.

Molla rejimi “Süngün” mis mədəninin zəhərli tullantıları təbiətə buraxılır. Bölgənin Ərdəşir kəndi ərazisində zəhərli tullantıların çaylara və yeraltı su qaynaqlarına qarışdığı üçün təbiətlə yanaşı, əhalinın sağlamlığının da risk altında olduğu bildirilir.

Ekofəallar bölgə təbiətinin bundan artıq ekoloji problemə dözə bilməyəcəyini, ekoloji fəlakətin miqyasının genişləndiyini yazıblar: “Mis mədənlərinin ekoloji məsələlərə və standart qaydalara əməl etməməsi, ərazidəki mədənlərin istismar səviyyəsinin genişlənməsi Qaradağ meşələrinin daha çox məhv olmasına və vəhşi təbiətin daha ciddi problemlərlə üzləşməsinə səbəb olur”.

Bundan əvvəl Şərqi Azərbaycan valisinin əkinçilik araşdırma mərkəzinin keçmiş rəisi, tanınmış ekoloq Əhməd Baybordi Qaradağda mədən fəaliyyətləri barədə verdiyi müsahibəsində çevrə çirkliliyinin qorxulu səviyyəyə çatdığını deyib.

Baybordi deyib: “Mədənlərin standartlara uyğun olmadan istismar edilməsi bölgənin əkinçiliyinə ölümcül zərərlər verib. Xüsusən Əndirgan mədəni ətrafdakı su qaynaqlarını ciddi dərəcədə zəhərliyib”.

https://t.me/GADTB1/44336

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …