Sürgünə göndərilən azərbaycanlı fəal Əkbər Azad müvəqqəti çağrılaraq sorğu-suala çəkilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Divandərə şəhərinə sürgünə göndərilən tanınmış azərbaycanlı milli fəal və yazıçı Əkbər Azad molla rejiminin məmurları tərəfindən bir neçə saat müddətinə yaxalanaraq sorğu-suala çəkilib.

Azərbaycanlı fəalın yaxınlarının verdiyi məlumata görə, fəal sürgün yerində qeydiyyata düşmək üçün iyulun 30-u səhər saat 09-da müraciət etsədə onu bir neçə saatlığına yaxalayıblarr.

Yaxalanıb, dindirilməsinin qanunsuz olduğunu bildirən Əkbər Azad təhlükəsizlik məmurlarının suallarına yazılı və şifahı cavab verməkdən imtina etdiyi üçün onu axşam saat 19:30 dəqiqədə sərbəst buraxıblar.

Qeyd edək ki, Tehranda yaşayan azərbaycanlı milli fəal və yazıçı Əkbər Azad iki illik sürgün cəzasını çəkmək üçün iyunun 11-də İlam əyalətinin Dərədivan şəhərinə getmişdi. O daha sonra oğlunun xəstəliyi ilə bağlı yaşadığı şəhər qayıtdığını bildirmişdi.

2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verib. Lakin daha sonra fəalların hökmü Apellyasiya Məhkəməsində 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirilmişdi.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …