Şənbə , İyun 6 2026
azfa

Suriya qoşunları Haseke və Qamışlıda yerləşdiriləcək

GADTB: Suriya daxili təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqində yerləşən Haseke və Qamışlı şəhərlərində yerləşdiriləcək. Bu barədə “Əl-İxbariyə” telekanalı məlumat yayıb.

Belə ki, bu barədə qərar Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şara ilə “Suriya Demokratik Qüvvələri”nin (SDQ) komandanı arasında aparılan danışıqların nəticəsində qəbul olunub.

Telekanalın məlumatına görə, tərəflər bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması və silahlı dəstələrin ölkənin şimal-şərqindəki şəhərlərdən çıxarılması barədə razılığa gəliblər.

Gələcəkdə SDQ üzvləri hökumət qoşunlarına və güc strukturlarına inteqrasiya olunacaq. Bu proses hər iki tərəfin maraqlarını nəzərə alan plana uyğun həyata keçiriləcək.

Həmçinin yoxlayın

Azərbaycanlı vəkil Məhəmməd Təriqətə qarşı yeni ittiham aktı hazırlandı

GADTB: Üskü şəhərinin Ümumi və İnqilab Prokurorluğunun prokurorluq şöbəsi vəkil və Vəkillər Kollegiyasının üzvü Məhəmməd …

MEDIA CNN-dən Azərbaycandan üzr istəməyi tələb edir

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDIA) CNN telekanalından Azərbaycanın guya İsrailin İrana qarşı hərbi əməliyyatlarında …