Şənbə , Sentyabr 19 2026
azfa

Suriyada İsrailin hücumu nəticəsində terror təşkilatı-Sepah-ın yürsək rütbəlilərinin öldüyü bildirilir

GADTB: “Əl-Ərəbiyyə” kanalının xəbər mənbələri İsrailin Dəməşqin Əl-Mezeh məhəlləsində bir mənzilə endirdiyi hava zərbəsi nəticəsində ikisi Suriya vətəndaşı olmayan 5 nəfərin öldüyünü, 12 nəfərin isə yaralandığını bildirir.

İsrailin “Kanal 12” telekanalı SEPAH-ın Dəməşqdə yüksək rütbəli komandirinin öldüyü barədə məlumat yayıb.

İsrail mediası ötən gecə İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqə son hücumunun hədəfi Sepah-ın Qüds qanadının komandan müavini general Məhəmmədrza Fəllahzadə olduğunu yazıb.

Qeyd olunub ki, hücum İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı binaya edilib, nəticədə ölən və yaralananlar var.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …