Çərşənbə , Fevral 11 2026
azfa

Suriyada müxaliflər Hama şəhərini azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Heyəti Təhrir əş-Şam” qruplaşmasının silahlıları sürətlə Həma şəhərinə doğru irəliləyir.

HTŞ silahlıları Həmanın şimalındakı Zor əl-Mahruka, Zor əl-Heysa, Zor Əbu Zeyid, Zor əl-Meselih, Zor əc-Cədid, Həttap, Əl-Rehcen, Şimali Sərha, Cənubi Sərha, şəhərə ən yaxın yaşayış məntəqələrindən biri olan Maar Şahrura və bir çox əraziləri ələ keçirib.

Bildirilib ki, Həmanın şərqindəki Zabitlər Məktəbi adlı ərazi də silahlıların nəzarətinə keçib.

Hətta döyüşlərin Həmanın 6 kilometrliyində getdiyi bildirilir.

Suriya hökumətinin şəhərdəki bank və valyutadəyişmə məntəqələrini boşaltdığı ilə bağlı məlumat yayılıb.

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …