Cümə , Sentyabr 13 2024
azfa

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin səhiyyə nazirləri toplanacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) səhiyyə nazirlərinin dördüncü iclası keçiriləcək.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, iclas bu il oktyabr ayının 8-nə planlaşdırılıb.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

Həmçinin yoxlayın

Türkiyə “Oruç Rəis”i Somaliyə göndərir

GADTB: Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb Türkiyənin “Oruç Rəis” araşdırma …

Suriya mediası: İsrail ölkənin dərinliklərinə qoşun yeritdi və iran silahlıları əsir götürdü

GADTB: Sentyabrın 9-na keçən gecə İsrail qırıcıları Suriyanın mərkəzindəki Həma əyalətinin Məsyaf bölgəsinə enərək quru …