Şənbə , İyul 20 2024
azfa

Şuşanın iki kəndi Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Ordusu Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Şuşanın iki kəndinə nəzarəti bərpa edib.

Həmin yerlər Şuşa rayonunun Allahqulular və Zamanpəyəsi kəndləridir. Qeyd edək ki, ermənilər həmin kəndləri dağıntılara məruz qoyublar.

Qeyd edək ki, martın 25-də Müdafiə Nazirliyi məlumat yayıb ki, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Nazirliyin martın 30-da yaydığı məlumatda da yeni yüksəkliklərin nəzarətə götürüldüyü bildirilib.

Belə ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …