Şənbə , Aprel 19 2025
azfa

Təbriz Azad Universitetində “Uşaq evliliyi” barədə sərgi türk dilindən posterə görə ləğv edilib

GADTB: Təbriz Azad Universitetində “Uşaq evliliyi” mövzusunda keçirilən foto sərgi Tələbə Təşkilatlarının Müşahidə Şurasının sərginin posterindəki şəkilə qarşı çıxması, eləcə də posterin mətnində Azərbaycan türkcəsindən sözlərin yazılması səbəbindən ləğv edilib.

Xəbəri Təbriz İslami Azad Universitetinin Müstəqil Tələbələr İslam Cəmiyyəti öz sosial media hesabında yayıb.

Tələbə təşkilatından verilən məlumata görə, fevralın 22-i və 23-ü Təbriz Azad Universitetində keçirilməsi planlaşdırılan sərgi cəmiyyətin sosial və humanitar problemlərindən biri haqqında maarifləndirmək məqsədi ilə hazırlanmışdı. Lakin sərginin posterindəki şəkilə görə müşahidə şurasının etirazı, mətnində Azərbaycan türkcəsindən istifadə olunması proqramın ləğvinə səbəb olub.

Təşkilat yaydığı bəyanatında bu məhdudiyyətləri tənqid edərək, belə tədbirlərin həssas sosial məsələlərin həlli imkanlarını aradan qaldırdığını və universitetlərdə tələbə fəaliyyətinə maneə yaratdığını vurğulayıb.

Həmçinin yoxlayın

MOSSAD rəhbəri İrana görə Uitkofla görüşə gedir

GADTB: MOSSAD-ın direktoru David Barnea və İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-ın Yaxın Şərq …

May Sato İranda siyasi məhbuslarla bağı xəbərdarlıq etdi

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato Tehranın Evin həbsxanasında saxlanılan və edam üçün …