Cümə axşamı , May 1 2025
azfa

Təbriz bələdiyyəsi “Traxtur” tərəfdarlarına 30 velosiped hədiyyə ediləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz bələdiyyəsi Yaqub Hüşyar “Traxtur” və “İstiqlal” komandalarının qarşılaşmasında tamaşaçılara xüsusi lotereya ilə 30 velosiped hədiyyə ediləcəyini açıqlayıb

Cümə günü keçiriləcək “Traxtur” – “İstiqlal” oyununda tərəfdarları iştirakının vacibliyinə toxunan Hüşyar Traxtur tərəfdarlarının iştirakını qiymətləndirmək üçün xüsusi layihənin həyata keçirildiyini açıqlayıb.

O, rəsmi bilet sistemi vasitəsilə bilet alan və Səhənd stadionunda olan azarkeşlərin püşkatmada iştirak edəcəklərini bildirib.

“Plana əsasən, iki hissə arasında lotereya vasitəsilə qadın azarkeşlərə 15 velosiped, kişi azarkeşlərə də 15 velosiped, ümumilikdə 30 velosiped veriləcək.” – deyə  Yaqub Hüşyar bildirib.

Həmçinin yoxlayın

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak etdi

GADTB: Türkiyənin Marmaris şəhərində keçirilmiş KURTARAN-2025 sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin …

Pezeşkianın Bakıya səfərindən öncə İran Azərbaycana qarşı tədbir keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkianın Bakıya səfərindən öncə aprelin 24-də İranın Qum …