Cümə , Fevral 3 2023
azfa

Təbriz Şəhər Şurasının üzvü Təbrizin koronaya aid büdcədən məhrum qaldığını bildirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz Şəhər Şurasının üzvü Soniya Əndiş İranın Azərbaycana qarşı ayrıseçkilik siyasətinə toxunmadan Təbrizə koronaya aid büdcədən verilmədiyini açıqlayıb.

Əndiş korononovirusla mübarizədə Təbrizin mərkəzdən ayrılan büdcədən məhrum edildiyini, təbrizlilərin haqqının Tehran və İsfahana verildiyini bildirib.

Soniya Əndiş Təbrizin Bələdiyyə başçısı tərəfindən təklif olunan koronovirus məhdudiyyətləri planlarının maliyyələşdirilməsi layihəsinin müzakirəsi zamanı Təbrizin bu layihəyə qoşulmasına etiraz edib.

S.Əndiş “Korono Qərargahı” üzvləri və Bələdiyyə nümayəndələrindən mərkəzdən layihəyə ayrılan 75 milyard tümən büdcədən Təbrizə heç nə verilmədiyinin səbəblərini soruşaraq sözünə davam edərək deyib ki, Təbriz şəhəri gəlir gətirən və mərkəzə ən çox vergi ödəyən azsaylı şəhərlərdən biridir.

Soniya Əndiş həmçinin deyib: “Bu günə kimi hər nə iş görülübsə Təbrizin öz vəsaiti hesabına görülüb. Cari xərclər üç qat artıb, əhali ağır duruma düşüb. Layihə ilə bağlı ayrılan vəsaitin Təbrizin payına düşən hissəsinin alınmasını təmin edin. İlin sonunda yenə də bəlli olacaq ki, Təbrizə nəzərdə tutulan vəsait Tehranla İsfahanın payına yazılıb.”

Həmçinin yoxlayın

Molla rejimi Təbrizdəki Azərbaycan konsulluğunu da hədəf alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması çağırışı edilib. …

İran Azərbaycana Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım edilməsinə imkan vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan dövləti Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım …