Təbriz və Əedəbildə Abbas Lisaniyə dəstək məqsədilə divarlara şüarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz və Ərdəbildə azərbaycanlı milli fəallar zindan məsulları və təhlükəsizlik qurumlarının azərbaycanlı siyasi məhbus Abbas Lisaninin hüquqlarını pozmasına etiraz olaraq divarlara etiraz şüarları yazıblar.

İyun ayının 12-də Təbriz şəhərinin azərbaycanlı milli-mədəni fəallar rejimin zindanında aclıq aksiyası keçirən tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə dəstək məqsədilə şəhər divarlarına müxtəlif şüarlar yazıblar.

Azərbaycanlı fəallar divarlara “Siyasi məhbuslar azad edilməlidir”, “Azərbaycan var olsun, Lisanımız sağ olsun”, “Hazır və fədakar olacağıq”, “Siyasi dustaqların həyatı təhlükədədir”, “Tehranda seçkilər, Azərbaycanda aclıq aksiyası” və s. şüarlar yazıblar.

Həmçinin azərbaycanlı milli fəallar Ərdəbil şəhərinin giriş-çıxış hissələrində divarlara milli məzmunlu şüarlar yazıb, qrafitlər çəkiblər.

Azərbaycanlı fəalların çəkdiyi qrafitlərdə “ölkənin ən utandırıcı seçkiləri ərəfəsində Abbas Lisani aclıq aksiyası keçirir”və digər şüarlar əks olunub.

Qeyd edək ki, Abbas Lisani iyunun 10-da ailəsi ilə telefon danışığında zindan məsullarının ona qarşı müxtəlif vasitələrlə təzyiq göstərdiyini bildirib. Siyasi məhbusun sözlərinə görə, ağır cinayətə görə məhkum olunan cinayətkarı onun saxlanıldığı kameraya buraxıblar və bu vasitə ilə ona mənəvi və psixoloji təzyiq göstərməyə çalışırlar. Abbas Lisani bu haqsızlığa etiraz olaraq şənbə günündən aclıq aksiyasına başlayıb.

Həmçinin həkimlərin rəyinə əsasən Abbas Lisaninin bel fəqərələrinin ekokardioqrafiya və MRT müayinəsinə ehtiyacı var. Lakin həbsxana məsulları həkimlərin rəyini qulaqardına vururlar.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …