Cümə axşamı , May 15 2025
azfa

Təbriz və Urmiya Universitetlərinin azərbaycanlı öyrənciləri ana dili günü ilə bağlı tədbir keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin Tibb Elmləri Universiteti və Urmiya Universitetində 21 fevral beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib.

Təbriz Tibb Elmləri Universitetində “Səhənd Mədəniyyət Ocağı”nın təşəbbüsü ilə baş tutan öyrəncilər azərbaycanlılar tərəfindən maraqla qarşılanıb.

Urmiya universitetində isə urmiyalı tələbələrin təşkil etdiyi tədbirdə Azərbaycan türkcəsində kitablar və ana dilində təhsilin vacibliyi ilə bağlı maarifləndirici braşurlar paylanılıb.

Qeyd edək ki, Ana Dili Günü ilə bağlı son həftə ərzində “Kimlik qalamız, ana dilimiz” şüarı altında Güney Azərbaycanın müxtəlif şəhərlərində mədəni aksiyalar keçirilib, uşaqlara Azərbaycan türkcəsində kitablar paylanılıb.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanda qızıl mədənini daha sürətli talamaq üçün meşəni məhv edir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Vərziğan bölgəsində qızıl mədənini talamaq üçün meşə zolağını məhv …

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …