GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, şənbə günü Təbrizin İmam Səccad xəstəxanasının tibb bacıları əmək haqqının ödənilməməsinə görə etiraz aksiyası keçirib, tətilə başlayıblar.
Həmçinin, şənbə günü Zəncan vilayətində bir qrup tibb bacısı və tibb işçisi etiraz aksiyası keçirdi.
Onlar hakimiyyətə etiraz şüarları səsləndirib və tələblərinin yerinə yetirilməsini istəyiblər. Etirazçılar ləyaqətsiz rəhbərliyə istefa şüarı səsləndiriblər.