GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Vahid Həsənpur Təbriz Mərkəzi Həbsxanasında aclıq aksiyasına başlayıb.
Vəhid Həsənpur Təbrizdə rejimin məmurları tərəfindən həbs edildikdən sonra məhkəmə prosesinin sonuna qədər Təbrizin mərkəzi zindanına köçürülmüşdür! Təbrizin mərkəzi zindanında 9 aylıq müddətsiz həbsdən sonra azərbaycanlı gənc qeyri-müəyyən vəziyyətdə saxlanıldığı üçün aclıq aksiyasına başlayıb.