GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni əallar yeni təhsil ilinin başlanması ərəfəsində Təbriz küçələrində divarlara Azərbaycan türkcəsində təhsil tələbilə çoxlu sayda şüarlar yazıblar.
Əsasən “Ana dilim hanı?”, “Konstitusiyanın 15-ci maddəsi”, “Ana dilim olub dilim-dilim” və digər belə şüarlar şəhərin müxtəlif küçələrinin divarlarına yazılmaqla Azərbaycan türkcəsində təhsil tələb edilib.
Qeyd edək ki, irqçi fars rejim Azərbaycan türkcəsində təhsili qadağan edib və Azərbaycan Türk Millətini bir millət kimi məhv etməyi qarşıya məqsəd qoyub.