Təbrizdə Azərbaycan Türk Milləti İran rejiminə qarşı möhtəşəm etiraz mitinqi keçirdi -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbrizdə Azərbaycan Türk Milləti əl-Əhvaz ərəblərinin etirazlarına dəstək məqsədilə, eləcə də İran rejiminə qarşı möhtəşəm etiraz mitinqi keçirdi.

Rejimin şəhəri hərbi paliqona çevirməsinə baxmayaraq, minlərlə azərbaycanlı Təbriz şəhərində keçələrə axışıb milli şüarlar səsləndirib.

Azərbaycanlı etirazçılar o cümlədən “Azərbaycan-Əl-Əhvaz ittəhad-ittəhad”, “Azərbaycan milləti, çəkənməz bu zilləti”, “Azərbaycan oyaqdı, Xuzistana dayaqdı”, “Haray, haray mən türkəm” və başqa şüarlar səsləndirərək şəhərin mərkəzi küçələrində yürüşə başlayıblar.

Rejimin xüsusi təyinatlı polis qüvvələri motosikletlərlə aksiyaçılara hücum edib.

Xüsusi təyinatlı polis qüvvələri motosikletlərlə aksiyaçılara hücum edib.

Çox sayda tutulan və yaralan olduğu bildirilir.

Rejim Təbriz səmasına PUA qaldırmaqla nümayişçiləri izləməyə çalışıb.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …