
GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Təbrizdə İran rejiminin Güney Azərbaycana qarşı müstəmləkəçilik siyasətinə etiraz bildirən şüarlar yazılmış bannerlər quraşdırılıb.
Bir qrup azərbaycanlı milli fəal şəhərin izdihamlı hissələrində həmin şüarlar yazılmış bannerlər quraşdırıblar.
Azərbaycanlı fəalların quraşdırdığı bannerlərdə aşağıdakı şüarlar yazılıb:
“Azərbaycan xalqı yoxsulluq və bahalıq bıçağı altında ölür”, “Azərbaycan iqtisadiyyatının bilərəkdən iflic olunmasını pisləyirik”, “Azadlıq, Ədalət, Milli Hökumət”, “İnsanlara Azadlıq, Millətlərə İstiqlal”, “Təbii sərvətləri olan Azərbaycanın sakinləri mərkəzi şəhərlərin zəhmətkeşləridir”.
Qeyd edək ki, bununla azərbaycanlı fəallar Azərbaycan Milli Hərəkatının əsas istəklərini ifadə edirlər.