Bazar , Sentyabr 19 2021
azfa

Təbrizdə azərbaycanlı məhbuslara azadlıq tələbilə posterlər yapışdırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində 24 iyul etirazlarında yaxalanan azərbaycanlı fəallara azadlıq tələbilə posterlər hazırlanıb.

Üzərində “Azərbaycanın bütün milli-mədəni fəalları Azərbaycan Milli Hərəkatının qırmızı çizgisidir” yazılmış posterdə məhbuslara qarşı ədalətsiz münasibətinə görə İran rejiminə xəbərdarlıq edilib.

Hazırlanan posterlər iyul ayının 29-da Təbriz şəhərinin müxtəlif bölgələrində paylanılan və divarlara yapışdırılıb. Posterlərdə simvolik olaraq Təbrizdə yaxalanan dörd azərbaycanlı fəalın şəkli əks etdirilib. Posterlərdə həmçinin İran rejiminin son 100 ildə Güney Azərbaycanı müstəmləkə etməsi və zülmlərdən bəhs edilib.

Azərbaycanlı fəallar İran rejiminə xəbərdarlıq ediblər ki, əgər həbs etdiyi azərbaycanlı fəalları sərbəst buraxmasa Güney Azərbaycan şəhərlərini onların posterləri ilə bəzəyəcəklər.

Həmçinin yoxlayın

Paşinyan Nyu-Yorkda Ərdoğanla görüş istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının …

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …