Şənbə , Yanvar 18 2025
azfa

Təbrizdə divarlara şüarlar yazıldı: Milli məhbuslara azadlıq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı  siyasi məhbuslara azadlıq tələbilə aksiyası keçirilib.

Bu məqsədlə Təbrizin Şahgölü parkı və ətraf küçələrdə mayın 2-də, azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi ilə divarlara şüarlar yazılıb.

Təbriz küçələrində o cümlədən “Azərbaycanın milli məhbuslarına azadlıq”, “Azərbaycan oyan”, “Milli məhbuslara azadlıq” və s. şüarlar gözə dəyib.

Azərbaycanlı fəallar bu aksiyanı keçirməklə insanların diqqətini azərbaycanlı siyasi məhbuslar məsələsinə yönəltmək və onlara azadlıq tələb etmək olub.

Həmçinin yoxlayın

Türkiyə ABŞ-ın Cənubi Kıbrıs (Kipr) Rum Rəhbərliyinə silah satma qərarını pisləyib

GADTB: Türkiyə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənubi Kıbrıs (Kipr) Rum Rəhbərliyinə silah satma qərarını pisləyib. …

Human Rights Watch: İranda edamlar şiddətlənib

GADTB: Ötən il İbrahim Rəisinin həlak olması və Məsud Pezeşkanın Prezident seçilməsindən sonra da, İranda …