Şənbə , İyul 20 2024
azfa

Təbrizdə etirazların qanla yatırılmasına etiraz olaraq aksiya keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində dinc etirazların qanla yatırılmasına etiraz olaraq divarlara şüarlar yazılıb.

Təbrizin bir çox bölgələrinin azərbaycanlı fəallar oktyabrın 9-da divarlarına aksiyaların qanla yatırılmasını pisləmək məzmunu daşıyan şüarlar yazılıb.

Azərbaycanlı fəallar Təbrizdə divarlara “Məhbus öyrənciləri azad edin”, “Azərbaycan xalqı övladlarına qarşı repressiyalara dözməyəəcək”, “Güney Azərbaycan var olsun, Pişəvəri yolun davamlı olsun”, “Azadlıq, ədalət, Milli hökumət” və s. şüarlar yazıblar.

Qeyd edək ki, irqçi fars-molla rejimi xüsusilə Güney Azərbaycanda və Təbriz Universitetində dinc etirazçılara qarşı vəhşicəsinə davranıb.

Güney Azərbaycanda hazırda çox sayda yaxalanan var və etirazlarda çox sayda dinc etirazçı qətlə yetirilib.

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …