Şənbə , Yanvar 18 2025
azfa

Təbrizdə icazınin olmasına baxmayaraq polis xanımların stadiona daxil olmasına mane olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz İdman İdarəsinin xanımların basketbol yarışlarında iştirakına icazə verməsinə baxmayaraq, polis onların Əqdəmi yarış zalına daxil olmasına mane olub.

Bazar günü, Təbrizdə İdman və Gənclər İdarəsi qadın tamaşaçıların Təbrizdə keçiriləcək milli liqa matçlarına maneəsiz buraxılacağını açıqlayıb. Lakin çərşənbə axşamı, yanvarın 8-də polis qüvvələri Təbriz Bələdiyyəsinin Müqavimət və Tehranin Oqab basketbol komandaları arasında keçirilən oyun üçün Təbrizin Əğdəmi yarış zalına xanım tamaşaçıların və media mənsublarının daxil olmasına mane olub.

Məsələnin lazımi bilgiləndirmə aparılmadığından baş verdiyi bildirlir. Lakin irqçi fars-molla rejiminin xüsusilə Güney Azərbaycan xüsusi qəddarlıqla qadınları ictimai həyatdan uzaqlaşdırması kimsəyə sirr deyil.

Həmçinin yoxlayın

Türkiyə ABŞ-ın Cənubi Kıbrıs (Kipr) Rum Rəhbərliyinə silah satma qərarını pisləyib

GADTB: Türkiyə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənubi Kıbrıs (Kipr) Rum Rəhbərliyinə silah satma qərarını pisləyib. …

Human Rights Watch: İranda edamlar şiddətlənib

GADTB: Ötən il İbrahim Rəisinin həlak olması və Məsud Pezeşkanın Prezident seçilməsindən sonra da, İranda …