Şənbə , İyun 13 2026
azfa

Təbrizdə “iranşəhəri” çevrələrin yeni fitnəkarlığı

GADTB: Qum şəhərində yaşayan molla Cavad İbadi iranşəhəri çevrələr və Rəifipurla yaxın əlaqələrə malikdir. Məlumata görə, əvvəlki seçkilərdə o, Rəifipur və iranşəhəri cərəyanın əsas üzvlərindən biri kimi Təbrizdə bu axın tərəfindən dəstəklənib. Ara seçkilər üçün Təbrizə gəldiyi və iranşəhəri çevrələrin dəstəyi, həmçinin böyük məbləğdə maliyyə vəsaiti hesabına parlament seçkiləri üçün təbliğata başladığı qeyd olunur.

Mənbələr iddia edir ki, iranşəhərçi cərəyan kürd qrupları ilə ittifaq və əməkdaşlıq çərçivəsində artıq indidən şura və parlament seçkiləri üçün Təbrizdə öz tərəfdarları vasitəsilə fəallıq göstərməyə başlayıb.

Eyni zamanda, bəzi namizədlərin təsdiqi və ya diskvalifikasiyası prosesində Rəifipurun şəxsən müdaxilə etdiyi, Azərbaycan yönlü cərəyanlara yaxın şəxslərin namizədliyinin rədd edildiyi, sosial bazası olmayan iranşəhərçi namizədlərə isə təsdiq verildiyi iddia olunur.

Həmçinin yoxlayın

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü …

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …