Təbrizdə jurnalist şaxsey mərasiminə hücum barədə xəbəri yaydığı üçün polisə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fatimə Qulipur adlı jurnalist Təbrizdə Məhərrəmlik mərasiminə hücum edilməsilə bağlı xəbəri işıqlandırdığı üçün çağırılıb.

Xanım jurnalist özünün “İnstagram” səhifəsində bu haqda məlumat verib.

Qeyd edək ki, bazar günü gecə Təbrizin Qaraağac küçəsində şaxsey mərasimində iştirak edən bir qrup əhali kütləvi hücuma məruz qalıb. Bu hücum nəticəsində 2 nəfər həlak olub, 30-a yaxın adam yaralanıb. Yaralılar arasında məhərrəm mərasimini izləyən çoxlu sayda qadın və uşaq da var.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …