Bazar ertəsi , May 27 2024
azfa

Təbrizdə Kələntər evi baxımsızlıq üzündən dağılmaq üzrədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejiminin ayrıseçkilik siyasəti nəticəsində Güney Azərbaycanda tarixi abidələr baxımsız vəziyyətdədir.

Təbrizdə yerlşən  Kalantər Evi də molla rejimin ayrıseçkilik siyasəti nəticəsində baxımsız qalaraq dağılmaqdadır.

Təbrizdə yerləşən həmin tarixi ev şəhərin Qüllə Parkında yerləşir. Abidə Şərqi Azərbaycanın Baş Təhsil İdarəsinin balansındadır. Lakin həmin idarə onun bərpası və saxlanılmasına diqqət ayırmır.

Əhalinin fikrincə abidənin Təbriz Bələdiyyəsinin balansına verilməsi bu tarixi və turistik məkanın problemlərinin həll olunmasına səbəb olar.

Təriz şəhərinin Kələntər evi və çevrəsindəki bağ Qacarlar sülaləsi zamanına aiddir.

Bina Şərəfüddövlə ləqəbli Kələntər kimi tanına Mirzə İbrahımxan Bağmeşəlinin evi olub.

O, Qacarlar zamanı İranın ilk Milli Şura Məcilisində Təbriz əhalisinin deputatı olub. Ev təqaüdə çıxmış müəllim Məhəmməd Əxəvan tərəfindən 1981-ci ildə alınıb.

Qeyd edək ki, abidənin dağıdılmasının qarşısını almaq məqsədi ilə Güney Azərbaycanda 2023-cü ilin senytabrında imza toplama kompaniyasina start vermiş və binanın dağıdılmasının qarşısı alınmışdır.

Həmçinin yoxlayın

Sayın Ərsin Tatar sayın Mikayil Oyta və Sara xanım Azərsunun idarə etdiyi radionun efirində-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sidneydə səfərdə olan Quzey Qıbrıs Türk Cumhuriyyətinin Cumhurbaşqanı …

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …