Cümə , Noyabr 14 2025
azfa

Təbrizdə “Malı çox, günü qara” tamaşası nümayiş olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin “22 Bəhmən” kinokompleksinin Siyami zalında rejissor Yaqub Sədiq Camalın hazırladığı, Azərbaycan türkcəsində “Malı çox, günü qara” tamaşası nümayiş olunub.

Rejissor Yaqub Sədiq Camal çıxışı zamanı Təbrizdə sənət adamlarının ağır durumundan gileylənərək deyib:

“Son nəfəsimizi çəkirik. Sənətimizi ağır durumdan qurtarmaq üçün kimin əlindən bir iş gəlirsə, addım atsın. Bunu özümə görə demirəm, böyük sənət adamlarının ağır vəziyyətini nəzərə alaraq, yardıma çağırıram. Sənət adamları ya köçüblər, ya da köçmək ərəfəsindədirlər”.

Qeyd edək ki, “Malı çox, günü qara” tamaşası Azərbaycan folklor nümunələri əsasında hazırlanıb.

Həmçinin yoxlayın

İranda gözlənilməz sorğu: “Əhali ölkənin vəziyyətindən narazıdır”

GADTB: İran Tələbə Rəy Sorğusu Mərkəzinin (ISPA) son sual-cavabına əsasən, ölkənin vəziyyətindən narazılıq səviyyəsi 92 …

Urmiya gölünün böhranlı vəziyyəti gündən günə artır

GADTB: Bir vaxtlar Güney Azərbaycanın mavi cəvahiri sayılan Urmiya gölü hələ də su çatışmazlığı və …