Bazar , Sentyabr 24 2023
azfa

Təbrizdə molla rejimin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələbi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin Təbrizdə həbs etdiyi azərbaycanlı fəallara dəstək aksiyası keçirilib.

Üzərində həbsdə olan azərbaycanlı fəalların fotoları olan köynəklər geyinən fəallar şəhərdə yürüş keçirməklə rejimin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələb ediblər.

Bununla yanaşı həmçinin şəhər küçərlərində binaların divarlarına iki həftə öncə həbs edilən azərbaycanlı milli fəallar Davud Şiri, Əlirza Səbri, Hüseyn Amani, Məhəmmədrza Amani (Araz) və Cavad Əhmədzadə ilə bağlı şüarları yazılıb.

Aksiya keçirən azərbaycanlı fəalalr bununla da onların sərbəst buraxılmasını tələb ediblər.

Qeyd edək ki, adı çəkilən fəallara qarşı hansı ittihamların irəli sürüldüyü barədə hər hansı açıqlama verilmir. Onların ittiham olunduqları maddələr və sağlıq durumu barədə dəqiq məlumatın verilməməsi fəalların ailələrinin nigaranlığına səbəb olub.

Həmçinin yoxlayın

Təbrizdə ana dili ilə bağlı divarlara şüarlar yazıldı

Təbriz şəhərində azərbaycanlı fəallar yeni tədris ilinin başlaması ilə eyni vaxtda təhsil sisteminin təkdilli olmasına …

Erməni deputat: “30 il ərzində “Arsaxa” ən çox strateji yardım edən İran olub”

GADTB: İranda yaşayan ermənilərin “HUR” Tərcümə və Araşdırma Mərkəzi xəbər verir ki, Ermənistan parlamentinin keçmiş …