Bazar ertəsi , İyul 20 2026
azfa

Təbrizdə pul ödəyib avtomobil ala bilməyənlər etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ödəniş edib avtomobilini təhvil ala bilməyən Azvico (Azərbaycan Maşınqayırma Qrupu) şirkətinin müştəriləri Təbriz şəhərlərində etiraz aksiyası keçiriblər.

Azvico şirkəti 5 min müştəriyə qarşı öhdəliklərini yerinə yetirməyib. Ödənişi tam olunan avtomobillər iki il əvvəl təhvil verilməli idi.

Buna görə də müştərilər iyunun 10-da Şərqi Azərbaycan Valiliyinin binası qarşısında etiraz aksiyası keçirib və Azvico şirkətinin ödənişi tamamilə aldığına baxmayaraq onlara “MC 360” markalı avtomobilin təhvil verməsi ilə bağlı öhdəliyini yerinə yetirmədiyini bildiriblər.

Azərbaycanlı etirazçılar təhvil tarixindən iki il keçməsinə baxmayaraq istər Azvico şirkətinin, istər müraciət etdikləri digər qurumların məsələyə cavabdehlikdən boyun qaçırdığını bildirərək Şərqi Azərbaycan valisindən mövzu ilə bağlı tədbir görməsini tələb ediblər.

Oxşar aksiya Tehranda da keçirilib.

Həmçinin yoxlayın

Gecə yarısı Təbrizdə güclü partlayışlar baş verib – Video

GADTB: Təbrizdə güclü partlayış səsləri eşidilib. İRİB-in Təbrizdən yaydığı məlumata görə, şəhərin qərb hissəsindən 3 …

İran ABŞ-ın Darxovin Atom Elektrik Stansiyasına hücum etdiyini açıqlayıb

GADTB: İran Atom Enerjisi Təşkilatı bazar günü yaydığı bəyanatda ABŞ ordusunun Xuzistan əyalətində yerləşən Darxovin …

Bir cavab yazın