Şənbə , İyun 13 2026
azfa

Təbrizdə Puya İbrahimi və Hadi Qərəsoranın molla rejimin qüvvələri tərəfindən saxlanılıb

GADTB: Təbriz şəhərində etirazlarla paralel olaraq, vətəndaşların öldürülməsi, yaralanması və saxlanılması ilə bağlı çoxsaylı məlumatlar yayılıb.

Məlumata görə, Təbriz sakini, 28 yaşlı Puya İbrahimi (subay) Əl-Qədir xəstəxanasına doğru hərəkətdə olarkən molla rejimin qüvvələri tərəfindən saxlanılıb. Mövcud bilgilərə əsasən, o, saxlanılmadan öncə yaralanmış vəziyyətdə olub. Ailəsi isə şəhərdəki ağır təhlükəsizlik atmosferi, təhdidlər və məsul qurumların cavabsızlığı səbəbindən indiyədək onun sağlamlıq durumu və hüquqi vəziyyəti barədə məlumat əldə edə bilməyib.

Eyni zamanda bildirilib ki, Marağa sakini olan və idman fəalı kimi tanınan Hadi Qərəsoran, krossfit klubunda fəaliyyət göstərən şəxs, çərşənbə axşamı – 24 dey tarixində təhlükəsizlik qüvvələrinin onun işlədiyi kluba hücumu zamanı saxlanılıb.

Hesabat hazırlanarkən Hadi Qərəsoranın saxlanıldığı yer və hüquqi statusu barədə dəqiq məlumatın olmadığı qeyd olunur.

Həmçinin yoxlayın

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü …

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …