Cümə , Noyabr 14 2025
azfa

Təbrizdə “Refah” mağazalar şəbəkəsinin işçilərini kütləvi şəkildə işdən çıxarıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Təbrizdə yerləşən “Refah” mağazalarında uzun müddət işləyən 200-ə yaxın işçi bu mağazanın rəhbərliyi tərəfindən işdən çıxarılıb.

Bu hadisə Təbriz şəhərinin marketlərində gərginlik və etirazlara səbəb olub.

Keçən həftə Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində fəaliyyət göstərən “Refah” mağazalar şəbəkəsi işçilərinin əhəmiyyətli bir hissəsinin nizama salındığı və bir çox filiallarının yarı bağlı olduğu bildirilib.

Həmin mağazalar şəbəkəsinin bütün İranda bağlanmaqda olduğu bildirilir.

Həmçinin yoxlayın

İranda gözlənilməz sorğu: “Əhali ölkənin vəziyyətindən narazıdır”

GADTB: İran Tələbə Rəy Sorğusu Mərkəzinin (ISPA) son sual-cavabına əsasən, ölkənin vəziyyətindən narazılıq səviyyəsi 92 …

Urmiya gölünün böhranlı vəziyyəti gündən günə artır

GADTB: Bir vaxtlar Güney Azərbaycanın mavi cəvahiri sayılan Urmiya gölü hələ də su çatışmazlığı və …