Təbrizdə şaxsey mərasiminə hücumda ölənlər və yaralılar var

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin Qarağac küçəsində şaxsey mərasimində iştirak edənlər vəhşicəsinə hücuma məruz qalıblar.

Hadisənin bazar günü, 7 iyul tarixində axşam baş verməsinə baxmayaraq, sözügedən məlumat bu gün media vasitələri tərəfindən işıqlandırılıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində iki nəfər yerindəcə ölüb, 30-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında dəfn mərasimində olan qadın və uşaqlar da var.

Hazırda hücumun motivləri və hədəfləri naməlum olaraq qalır. Təbriz polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …