Bazar , Fevral 16 2025
azfa

Təbrizdə şirkət işçiləri etiraz olaraq tətil keçirirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın  Təbriz şəhərində yerləşən avtomobil hissələri istehsal edən “Çərxeşgər” şirkətinin işçiləri etiraz olaraq tətilə başlayıblar.

Azərbaycanlı işçilərin etirazına səbəb odur ki, 10 gün öncə şirkət rəsmiləri onların tələblərinin həlli üçün lazımi tədbirlər görəcəklərinə söz versələr də, heç bir addım atmayıblar.

Bildirilib ki, işçilər rəsmilərlə bir neçə dəfə danışıqlar aparsalar da, heç bir nəticə əldə edə bilməyiblər.

Qeyd edək ki, şirkət rəhbərliyi təxribat xarakterli addım ataraq, işçilərin günortadan sonra əlavə iş saatlarına görə ödənişlərini də dayandırıb.

Həmçinin yoxlayın

Aydın Qasımlı: Tarixi türk dövlət və imperatorluqları

GADTB: Bəşər tarixinin ən qədim və qədim dövrləri əsasən əfsanə, mif, rəvayət və hekayətlərə dayanır. …

İran təyyarələri Beyruta uçuş qadağasının səbəbi Avropa Birliyinin sanksiyalarıdır

GADTB: İran təyyarələri Beyruta uçuş qadağasının səbəbi Avropa Birliyinin sanksiyalarıdır Bunu Livanın Baş naziri Nəvaf …