Cümə , İyun 13 2025
azfa

Təbrizdə təqaüdçülər möhtəşəm etiraz aksiyasında İran rejiminə qarşı şüarlar səsləndirdilər- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bü gün Güney Azərbaycanın Təbriz şəhərində minlərlə təqaüdçülər möhtəşəm etiraz aksiyasında İran rejiminə qarşı şüarlar səsləndirdilər. Sosial Təminat İdarəsinin təqaüdçüləri kütləvi etiraz aksiyasına və küçə yürüşünə başlayıblar.

Minlərlə narazı təqaüdçünün qatıldığı etiraz yürüşündə “Rəisiyə ölüm” və s. bir sıra antihökumət şüarları səsləndirilib.

Qeyd edək ki, daha əvvəl Təbriz də daxil olmaqla, Güney Azərbaycanın bir sıra şəhərlərində Sosial Təminat İdarələrinin təqaüdçüləri etiraz aksiyaları təşkil ediblər.

Narazı vətəndaşlar təqaüdlərinin azlığından və verilən maaşla dolana bilməmələrindən şikayətçidirlər.

Həmçinin yoxlayın

Marağada molla rejimi azərbaycanlı körpəyə məcburi ad seçimi edib

GADTB: Marağada molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları azərbaycanlı körpəyə doğum şəhadətnaməsində seçilən adı …

20 ildə ilk dəfə: AEBA İranı nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozmaqda ittiham edir

GADTB: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurası İrana qarşı qətnamə qəbul edib və …